AZ

ABŞ İranı mühasirəyə alır

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib. "Prezident (ABŞ Donald Tramp – Qeyd) və nazir Heqset (ABŞ-ın müdafiə naziri Pit Heqset – Qeyd) İrana əlavə hərbi qüvvələr və resurslar göndərirlər", -maliyyə naziri "Fox News"a verdiyi müsahibədə bildirib. “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb ki, ABŞ hərbi komandanlığı “USS Abraham Lincoln”un rəhbərlik etdiyi ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi üçün mümkün əmr gözləyir. Belə ki, yenidən yerləşdirmə əmri yaxın vaxtda verilə və gəmi iki həftə ərzində ABŞ-ın şərq sahillərindən yola düşə bilər. Hazırda “USS George H.W. Bush” təyyarədaşıyan gəmisi Virciniya sahillərində təlimləri başa vurur və onun da regiona göndərilə biləcəyi istisna edilmir. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azvision.az

2Mənbələr