AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir.

SİA xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.

Saat 16:00-da "Azərreyl" və "Milli Aviasiya Akademiyası" komandaları üz-üzə gələcəklər. Saat 18:00-da başlayacaq növbəti görüşdə isə "DH Volley" kollektivi "Turan"ı sınağa çəkəcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Seçilən
21
sia.az

1Mənbələr