AZ

Polis olmaq istəyən gənclərlə görüş keçirildi - FOTO

Qusar rayonundan olan və hazırda Polis Akademiyasında təhsil alan kursant doğma rayonuna gələrək Qusar Rayon Polis Şöbəsində Polis Akademiyasına hazırlaşan abituriyentlərlə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, hazırda Polis Akademiyasında təhsil alan rayonun orta məktəb məzunu, abituriyentlər və valideynlər iştirak ediblər. Görüş zamanı kursant Akademiyada təhsil prosesi, qəbul qaydaları, fiziki və nəzəri hazırlıq mərhələləri, eləcə də gələcək polis əməkdaşının üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib, gənclərin suallarını cavablandırıb.

Tədbir çərçivəsində abituriyentlər Qusar RPŞ-nin inzibati binası, xidməti otaqlar və polis avtomobilləri ilə yaxından tanış olublar. Onlara polis orqanlarının fəaliyyəti, gündəlik xidmət prosesi və maddi-texniki təminat barədə məlumat təqdim edilib.

Görüşün əsas məqsədi gənclərdə polis peşəsinə marağın artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcək karyera seçimində dəstək göstərilməsi olub.

Seçilən
18
6
bakivaxti.az

7Mənbələr