AZ

NATO Arctic Sentry missiyasının bir hissəsi olaraq təlimlərə on minlərlə əsgər göndərəcək

NATO alyansın Arctic Sentry missiyasının bir hissəsi olaraq təlimlərdə iştirak etmək üçün on minlərlə əsgər göndərəcək. Bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

"Biz NATO-nun qütb enliklərində mövcudluğunu təmin edəcək Arctic Sentry missiyasının başladığını elan etdik. On minlərlə NATO əsgəri bu missiyanın bir hissəsi olaraq təlimlərdə, o cümlədən Danimarkanın Qrenlandiya üzərində Arctic Endurance təlimində və Norveçin Soyuq Cavab təlimində iştirak edəcək",-deyə o bəyan edib.

"Başa düşürsünüz ki, mən hər şeyi deyə bilmərəm, çünki əks halda Moskva və Pekindəki insanları həddindən artıq məlumatlandırardım. Biz inanırıq ki, Rusiya və Çinin bu bölgəyə böyük marağı var", - deyə o, davam etdi.

Rutte bunun "Arktika Gözətçisi" missiyasının sadəcə mövcud NATO fəaliyyətlərini, o cümlədən alyansın bölgədəki Arktika təlimlərini bu missiyaya uyğunlaşdırmaqla yenidən formalaşdırmaq olub-olmadığı sualına dəqiq cavab vermədi və yalnız missiyanın əsas nəticəsinin guya "Rusiya və Çinin Qrenlandiyaya və onun iqtisadiyyatına çıxışının qarşısını almaq" olduğunu bildirdi.

Əziz Mustafa

Seçilən
22
1
oxumeni.az

2Mənbələr