Cənubi Koreya kəşfiyyat xidməti Şimali Koreya lideri Kim Çen Inın qızını mümkün varis kimi təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya parlamentinin üzvü Li Son Gvon verib. Onun sözlərinə görə, Kim Çu E gələcəkdə atasının yerini tuta biləcək əsas namizədlərdən biridir.
Məlumata görə, bu fikir Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) tərəfindən irəli sürülüb. Kim Çu E son vaxtlar atasının yanında daha çox görünür və rəsmi tədbirlərdə iştirak edir ki, bu da onun gələcək lider olaraq hazırlanması kimi qiymətləndirilir.