Bakıda 37 yaşlı kişi yanaraq ölüb.
Moderator.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində baş verib.
1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı evdə öz ehtiyatsızlığı nəticəsində yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.