AZ

Qırğızıstan Parlamentinin sədri istefa verdi

Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turgunbek Ulu istefa ərizəsi yazıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

O, ölkədə baş verən siyasi hadisələr fonunda bu addımı atdığını deyib: "Bir və ya iki şəxsə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm. Mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü istefa vermək qərarına gəlmişəm. Bu, mənim şəxsi qərarımdır və xarici təzyiq olmadan qəbul edilib". 

Spikerin istefası məsələsi Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyevin vəzifəsindən azad edilməsindən sonra müzakirə olunurdu.

Bundan əvvəl prezident Sadır Japarov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyevi və onun üç müavinini vəzifəsindən azad etmişdi. 

Ağarza Elçinoğlu

Seçilən
55
24
unikal.az

10Mənbələr