Astana, 12 fevral, AZƏRTAC
Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi hava, dəmir yolu və su nəqliyyatında qəza və insidentlərin təhqiqatı üzrə 2025-ci ilin nəticələrinin icmalını təqdim edib.
AZƏRTAC bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir.
2025-ci ilin nəticələrinə görə, nəqliyyat qəzaları və insidentləri ilə bağlı statistikada 2024-cü illə müqayisədə hava (42-dən 35-ə) və dəmir yolu (16-dan 7-yə) nəqliyyatında azalma, su nəqliyyatında isə artım (3-dən 9-a) qeydə alınıb.
İclasda Nəqliyyat Nazirliyinin, Nəqliyyat Polisi Departamentinin və Ədliyyə Nazirliyinin dəstəyi və Baş Nəqliyyat Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Mülki aviasiyada hava qəzalarının araşdırılması metodologiyası” da təqdim edilib.
Bu il “Nəqliyyat Qəzalarının və İnsidentlərinin Araşdırılması Mərkəzi” ASC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq fəaliyyətə başlayacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana