AZ

NBA: “Klivlend Kavalyers”dən ardıcıl beşinci qələbə

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 14 qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Klivlend Kavalyers” evdə “Vaşinqton Uizards”a 138:113 hesabı ilə qalib gələrək müntəzəm mövsümdə ardıcıl beşinci qələbəsini qazanıb.

Bu nəticədən sonra meydan sahibləri Şərq Konfransının turnir cədvəlində 4-cü, qonaqlar isə 15-ci pillədə qərarlaşıb.

Matçların nəticələri

"Şarlot Hornets" - “Atlanta Hoks” – 110:107

“Klivlend Kavalyers” - “Vaşinqton Uizards” – 138:113

“Toronto Reptors” – “Detroit Pistons” – 95:113

“Boston Seltiks” - “Çikaqo Bullz” – 124:105

“Minnesota” - “Portlend Treyl Bleyzers” – 133:109

“Feniks Sanz” – “Oklahoma Siti Tander” – 109:136

“Yuta Caz” – “Sakramento” – 121:93

“Orlando Mecik” - “Miluoki Baks” – 108:116

“Filadelfiya” - “Nyu-York Niks” – 89:138

“Bruklin Nets” - “İndiana Peysers” – 110:115

“Hyuston Rokets” – “Los-Anceles Klippers” – 102:105

“Nyu Orleans Pelikans” - “Mayami Hit” – 111:123

“Denver Naqqets” – “Memfis Qrizlis” – 122:116

“Qolden Steyt Uarriors” - “San-Antonio Spörs” – 113:126.

Seçilən
25
1
azertag.az

2Mənbələr