AZ

“Xarı Bülbül” kafesinin qarşısında dava: Bir nəfər həbs edildi

Bakının Nizami rayonunda kafenin qarşısında dava salan şəxs həbs edilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun C.Naxçıvanski küçəsində yerləşən “Xarı Bülbül” adlı kafenin qarşısında baş verib.

Orada bir neçə nəfərin arasında mübahisə yaranıb və mübahisə dava-dalaşa çevrilib. Bu zaman həmin şəxslər bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər.

Həmin şəxsləri polis əməkdaşları nizam-intizama dəvət etsələr də, onlardan biri – 1981-ci il təvəllüdlü Naxçıvan sakini Kənan Babayev (ad-soyad şərti verilib – red.) onların qanuni tələblərinə məhəl qoymayıb.

Seçilən
50
2
publika.az

3Mənbələr