Ajans.az xəbər verir ki, ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb. Araşdırması zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb.
Belə ki, məlumatlı mənbənin Gununsesi.info-ya verdiyi xəbərə görə, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.