AZ

Hasarı uçurub dəmir yolu xəttinə çıxan piyadanı qatar vurdu Hadisə yerində GÖRÜNTÜLƏR VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan sürət qatarı piyadanı vurub.Kişi aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerüstü piyada keçidinin altında baş verib.Hadisə şahidi Baku TV-yə açıqlamasında qəzanın təfərrüat və ərazidəki təhlükəli vəziyyət barədə bunları deyib:"Qatarın siqnal səsinə çölə çıxdım, baxdım ki, insanlar toplaşıb. Dedilər ki, qatar adam vurub, gördük həqiqətən də adam vurulub. Bu ərazidə qoruyucu çəpərlər dəfələrlə bərpa edilsə də, vətəndaşlar tərəfindən kəsilərək sıradan çıxarılır. Yaxınlıqda yerüstü piyada keçidi olsa da, bir çoxları ondan istifadə etmir. Keçid körpüsü bir qədər hündür olduğu üçün yaşlılar və bəzi gənclər pilləkənləri qalxa bilməyib birbaşa relslərin üzərindən keçməyə üstünlük verirlər".

Oxunub 12

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
123
avtosfer.az

1Mənbələr