AZ

Vətənə xidmət uşaqların GÖZÜNDƏ

Ajans.az-ın məlumatına görə, tədbirdə mərkəzin rəhbəri Aydan Abdullazadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, şəhid ailələri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak edirdi.   Tədbirdə çıxış edən Dövlət Xidməti aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov uşaqlarda vətənpərvərlik hissi, qalib ölkənin vətəndaşı olmaq, sağlam həyat tərzi, ölkənin inkişafı, regionun lider dövləti olan Azərbaycanın nüfuzu barədə danışdı. Xalq rəssamı Ağaəli İbrahimov isə balaca rəssamlara öz məsləhət və tövsiyələrini verdi, həmçinin Xidməti 14-cü ildönümü münasibətilə təbrik etdi.   Tədbirdə gənc rəssamların təbrik videosu nümayiş olundu. Həmçinin şəhid övladlarından ibarət xorun və mərkəzin digər üzvlərinin ifasında müxtəlif mahnılar səsləndirildi. Rəsmi hissə bitdikdən sonra foyedə təşkil olunan kiçik sərgidə uşaqların rəsm əsrləri nümayiş olundu.

 

Seçilən
82
11
Ajans.az

10Mənbələr