AZ

Azərbaycanda narkotik aludəçisi ata qızını cinsi zorakılıq etməklə hədələyir

Azərbaycanda narkotik asılılığı olan ata qızını cinsi zorakılıq etməklə hədələyir.

Hakimiyyet.az xəbər verir ki, bu barədə yazıçı Sahilə Yəhya paylaşım edib. O bildirib ki, ata qızının oxuduğu məktəbin yanından videolar çəkib anasına göndərir:

“Adam bir müddət narkotik aludəçisi olaraq həbsdə qalıb, sonra amnistiya ilə çıxıb. İndi yoldaşına və qızlarına yaşamağa imkan vermir. Ana azyaşlı qızlarını götürüb qohum evində gizlənir, uşaq qorxusundan dərsə gedə bilmir. 

Qadın dəfələrlə polisə müraciət edib. Kişinin dəhşətli təhdidlərini sübut edən videolar var. Ana dəfələrlə polisə müraciət edib, 102-ni yığıb, ərizə yazıb” – o söyləyib.

Yazıçı sübut materiallarının qadın dəstək xəttində olduğunu deyərək Daxili işlər Nazirliyinə çağırış edib.

DİN mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Billurə

 

Seçilən
6
3
hakimiyyet.az

4Mənbələr