
ABŞ İran yaxınlığında əlavə hərbi qüvvələr toplayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Tramp hesab edir ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ Tehranla daha əlverişli bir razılaşma əldə edə bilər, lakin bu məsələ ilə bağlı qərar İran hakimiyyətinin səlahiyyətindədir.