AZ

NATO dan Putinə sərt xəbərdarlıq: “Cavabımız dağıdıcı olacaq!”

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ötən həftə Kiyevdə  idim və Rusiyanın amansız hücumlarının təsirini gördüm. Putin bir daha Ukrayna xalqının müqavimətini qırmağa çalışır və onların qətiyyətini zəiflətməyə ümid edir. Lakin Ukrayna və onun xalqı dəfələrlə təslim olmayacaqlarını göstəriblər".

Ölkə.az xəbər  verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. O bildirib ki, əsas hədəfimiz Ukraynaya dəstəyin gücləndirilməsi olacaq.

Kalininqraddakı Suvalki dəhlizinin bağlana biləcəyi təqdirdə  NATO ilə Rusiya arasında toqquşma ehtimalına toxunan baş katib Rutte deyib ki,  Alyans müntəzəm olaraq müxtəlif ssenarilərə əsaslanan təlimlər keçirir. “Əmin edirəm ki, istənilən təhdidə ən yaxşı şəkildə cavab verməyə hazırıq. Heç kim bizə hücum edə biləcəyini düşünməməlidir, çünki cavabımız dağıdıcı olacaq".

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
olke.az

2Mənbələr