AZ

ABŞ Çinin ucuz neft dəryasını qurudur

“ABŞ Venesuelanı nəzarətə götürdükdən sonra bu ölkənin neftini fərqli ölkələrə satmağa başlayıb. Venesuela keçmiş illərdə olduğu kimi Çinə və Kubaya neft sata bilmir. Çinin Venesueladan ucuz neft ala bilməməsi və İran ətrafında artan gərginlik Pekini ciddi narahat edir”.

Turkustan.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, ABŞ İranı da ram edərsə, Çin bu ölkədən də ucuz neft ala bilməyəcək: “İqtisadiyyatı böyüməkdə davam edən Çinin baha qiymətə neft alışı isə bu ölkədə enerji qiymətlərinə təsir edəcək və bu istehsal edilən məhsulların qiymətini artıracaq. Venesuela neftindən məhrumiyyət Kuba iqtisadiyyatına daha mənfi təsir edib. ABŞ-ın təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Kubada turistlər geri qayıda bilmirlər. Çünki, yanacağın yoxluğu hava limanlarındakı təyyarələrin havaya qalxmasını əngəlləyib”.

E.Şahinoğlu qeyd edib ki, “Bloomberg” agentliyinin məlumatına görə, İsrail Venesueladan neft almağa başlayıb: “Venesuela nefti İsrailin “Bazan Group” neftayırma kompleksinə daxil olub. Nikolas Maduro prezident olduğu illərdə Venesuela İsrailə neft satmırdı. İsrail hökuməti Venesueladan neft alışı barədə rəsmi açıqlama yayımlamasa da, Latın Amerikasının bu ölkəsindən neftlə dolu tankerlərinin bir qisminin İsrail limanlarına yaxınlaşdığı barədə məlumatlar var”.

Politoloq bildirib ki, Venesuelanın ABŞ və İsraillə yanaşı İspaniya və Hindistana da neft satdığı gələn xəbərlər arasındadır: ““Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın nəhəng “Reliance Industries” şirkəti Venesueladann neft almağa başlayıb. 2 milyon ton neft daşımaq gücünə malik olan tanker Hindistan sahillərinə yaxınlaşıb. Bundan əvvəl Hindistanın “Reliance” şirkəti Venesueladann neft alırdı”.

“ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hindistanın Rusiya və İrandan deyil, Venesueladan neft alacağını bildirmişdi. ABŞ Prezidenti Dehli ilə razılıq əldə etdiyini və Hindistanın Venesueladann neft alacağına dair konsepsiyanın təsdiq olunduğunu söyləmişdi. Buna baxmayaraq, Hindistanın neftayırma zavodları ucuz Rusiya neftindən tam imtina etməyiblər. Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”, – deyə Elxan Şahinoğlu qeyd edib./BakuPost/

Seçilən
35
1
turkustan.az

2Mənbələr