AZ

Milli Məclisdə rəqəmsallaşma ilə bağlı komitə yaradıla bilər? AÇIQLAMA

ain.az bildirir, Unikal.az portalına istinadən.

Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir sıra tapşırıqlar verib. Bunlardan biri hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavinin ayrılması və ya yeni ştat vahidinin yaradılması ilə bağlıdır.

Müasir dövrdə bu sahənin əhəmiyyətini nəzərə alsaq, Milli Məclisdə rəqəmsallaşma və ya texnologiya ilə bağlı komitə yaradıla bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, rəqəmsallaşma və süni intellekt bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindəndir. 

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın ümumi iqtisadiyyatda payının artırılması, xüsusilə ixracatda rəqəmsal sektorun payının çoxaldılması prioritetlər siyahısındadır: "Bu, daha çox innovativ məhsulların ixracatına imkan yarada bilər. Milli Məclisdə daimi olaraq rəqəmsallaşma, texnologiya ilə bağlı qanun layihələrinin müzakirəsi və bu istiqamətdə qanun layihələrinin hazırlanması və qəbulu həyata keçirilib. Milli Məclis öz qanunverici fəaliyyəti ilə Azərbaycanda rəqəmsallaşma və süni intellektin inkişafına dəstək olan qurumlardan biridir. Konkret olaraq instutisional dəyişikliklə bağlı bu istiqamətdə müzakirələr aparıldıqdan sonra bununla bağlı qərarın verilməsi mümkün ola bilər. Hazırda belə komitə fəaliyyət göstərməsə də, Milli Məclis rəqəmsallaşma, rəqəmsal iqtisadiyyat, o cümlədə süni intellektlə bağlı məsələlərin inkişafına qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə dəstək olur. Bu dəstək növbəti dövrlərdə də davam etdiriləcək.

Təmsil olunduğum İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı son illər xeyli sayda qanunvericilik aktlarının qəbul edilməsi həyata keçirilib. Bu ondan xəbər verir ki, Milli Məclis bu istiqamətdə aktiv və fəal qurumlardan biridir. Sözsüz ki, instutisional dəyişiklik Milli Məclis, eyni zamanda ölkə rəhbərliyi tərəfindən müzakirə edilən və mövcud prioritetlərə uyğun olaraq qəbul edilən qərarlardır".

Anar Kəlbiyev 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
unikal.az

2Mənbələr