AZ

Türkiyədə məşhur yutuber saxlanıldı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyəli tanınmış sosial media fenomeni Enes Batur saxlanılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yutuber ölkədə narkotik maddə ilə bağlı aparılan araşdırma çərçivəsində polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bununla belə, detallar açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyədə bu istintaq çərçivəsində aralarında Hadise, İrem Derici, Hasan Can Kaya, “Reynmen”, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
qafqazinfo.az

2Mənbələr