Cəmi bir dəfə görüşdüyü kişiyə 160 min dəfə mesaj göndərən qadın həbs edilib.
Azreform.info “abc news”a istinadla xəbər verir ki, qəribə hadisə 2017-2018-ci illərdə ABŞ-nin Arizona ştatında yaşanıb.
Belə ki, məhkəmə sənədlərinə görə, Jaklin Ades və adı açıqlanmayan kişi 2017-ci ildə onlayn tanışlıq saytı vasitəsilə tanış olublar və bir dəfə görüşüblər. Daha sonra kişi münasibətə davam etmək istəmədiyini bildirirərək qadından ayrılıb. Bu görüşdən sonra Jaklin Ades bir neçə ay ərzində qarşı tərəfə 65 min, bəzən gündə 500-ə qədər mesaj göndərib. Rəsmilər qadının 10 ay ərzində qarşı tərəfə 160 minə yaxın mesaj gönədrdiyini bildiriblər.
Ərazi üzrə polis idarəsi bildirib ki, həmin dövrdən sonra Adesin kişinin evinə və ya iş yerinə getməsi ilə bağlı dörd müraciət daxil olub.
Hətta vəziyyət o həddə çatıb ki, kişi ölkədən kənarda olarkən evinin təhlükəsizlik kamerası görüntülərində Adesin evinə girdiyini görüb. Şikayət əsasında kişinin evinə gedən polislər Adesi hamamda çimərkən tapıblar.
Həmin hadisə zamanı onun avtomobilinin ön oturacağında qəssab bıçağı tapılıb.
Qadın bu hadisədən sonra həbs edilib və evə qanunsuz girməkdə ittiham olunub.
Ades hətta həbsdən çıxdıqdan sonra da əməllərinə davam edib əv qarşı tərəfə təthid dolu mesajlar göndərib.
"Məni heç vaxt tərk etməyə çalışma... Səni öldürəcəyəm... Qatil olmaq istəmirəm", - deyə qadın yazıb.
Problemli qadın daha asonra isə kişinin iş yerinə gedərək özünü onun həyat yoldaşı kimi təqdim edib. Qəribə davranışlarını görən işçilər qadını polisə şikayət edərək Adesin məntiqsiz hərəkətlər etdiyini və özünü müəssisə rəhbərinin həyat yoldaşı kimi tanıtdığını söyləyib.
Növbəti dəfə saxlanılan Ades dindirilmə zamanı hisslərini sevgi kimi təsvir edib və sanki “ruh əkizini” tapdığını söyləyib.
Eyni əməli təkrar törətdiyinə görə Jaklin Ades məhkəmənin qərarı ilə həbs edilib.
Billurə