AZ

Şahruddinə görə 12 xalları silindi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şahruddinə görə 12 xalları silindi

FIFA İntizam Komitəsi Türkiyənin Trendyol 1-ci Liqa təmsilçisi “Adana Demirspor”a 12 xal silmə cəzası verib.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb. Bildirilir ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib.

Verilən cəzadan sonra “Adana Demirspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Komanda hazırda liqada mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Demirspor" klubunun futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır. Məsələn, klub hələ də keçmiş oyunçusu - hazırda "Qarabağ"da oynayan Şahruddin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya olan borcunu tam ödəməyib və bu məsələyə görə FIFA-ya müraciət olunub. 

Klubun Şahruddinə 700 min dollar borcu olduğu bildirilir.

Xatırladaq ki, Ş.Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Demirspor"da oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
3
qol.az

4Mənbələr