AZ

Azərbaycan Polisi dövlətçiliyin sipəri, sabitliyin təminatçısı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, təhlükəsizlik risklərinin artdığı bir dövrdə dövlətlərin gücü yalnız iqtisadi potensialla deyil, həm də daxili sabitliyin səviyyəsi ilə ölçülür. Bu baxımdan Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı kimi seçilir. Bu reallığın arxasında isə Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və onun formalaşdırdığı güclü dövlətçilik modeli dayanır.

Cənab Prezidentin siyasətində təhlükəsizlik məsələsi hər zaman prioritet olub. Çünki təhlükəsizlik olmayan yerdə inkişafdan, iqtisadi tərəqqidən, beynəlxalq əməkdaşlıqdan danışmaq mümkün deyil. Məhz bu uzaqgörən yanaşma nəticəsində Azərbaycanda güclü iqtisadiyyatla yanaşı, güclü təhlükəsizlik sistemi formalaşıb. Bu sistemin önündə isə Azərbaycan Polisi dayanır. Azərbaycan Polisi təkcə hüquq-mühafizə orqanı deyil – o, dövlətçiliyin sipəridir. Polis əməkdaşları gündəlik xidmətləri ilə ictimai asayişi qorumaqla yanaşı, ölkəmizin sabitliyinə yönələn hər hansı təhdidin qarşısını qətiyyətlə alır. Onların gecə-gündüz xidmət aparması, vətəndaşların təhlükəsizliyini təmin etməsi, qanunun aliliyini qoruması Prezident cənab İlham Əliyevin təhlükəsizlik strategiyasının real və canlı təzahürüdür. Bu gün Azərbaycanın istənilən bölgəsində, istər paytaxt Bakıda, istərsə də ən ucqar yaşayış məntəqəsində insanlar arxayınlıqla yaşayırsa, gecənin istənilən saatında sərbəst hərəkət edə bilirsə, bu, Azərbaycan polisinin peşəkarlığının, intizamının və dövlətə sədaqətinin nəticəsidir. Xarici qonaqların ölkəmizdə yüksək təhlükəsizlik mühitini xüsusi vurğulaması da təsadüfi deyil. Cənab Prezident hüquq-mühafizə orqanlarına daim xüsusi diqqət və qayğı göstərir.

Polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, peşə hazırlığının artırılması istiqamətində atılan addımlar bir məqsədə xidmət edir – dövlətçiliyin dayaqlarını daha da möhkəmləndirmək. Dövlət başçısının polisə verdiyi yüksək qiymət əslində onların dövlətə və xalqa sədaqətli xidmətinin etirafıdır. Azərbaycan polisi hər zaman Prezidentə, dövlətə və xalqa sadiq olub və bu sədaqət praktik fəaliyyətlə sübut olunub. Onlar yalnız qanunun keşiyində dayanmır, həm də milli maraqların qorunmasında, ictimai sabitliyin təminində və dövlətçiliyin möhkəmləndirilməsində fəal rol oynayırlar. Bu, sadəcə xidmət deyil – bu, dövlətə sədaqət missiyasıdır. Beynəlxalq təcrübə göstərir ki, sabitlik və təhlükəsizlik olmayan ölkələrdə nə böyük investisiya layihələri reallaşa bilər, nə də ciddi strateji əməkdaşlıqlar qurula bilər. Bu gün dünyanın aparıcı dövlətlərinin və iri şirkətlərinin Azərbaycanla tərəddüdsüz əməkdaşlıq etməsinin əsas səbəblərindən biri ölkəmizdə sabitliyin və ictimai asayişin yüksək səviyyədə təmin olunmasıdır. Bu sabitliyin əsas dayaqlarından biri isə güclü, intizamlı və sədaqətli Azərbaycan Polisidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan güclü dövlət modeli bir həqiqəti təsdiqləyir: güclü liderlik güclü təhlükəsizlik sistemi yaradır, güclü təhlükəsizlik isə güclü dövlətin əsasını təşkil edir.

Azərbaycan Polisi bu modelin ayrılmaz hissəsi, dövlətçiliyin sipəri və xalqın etibarlı dayağıdır.

Ramiz Alıyev

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
modern.az

2Mənbələr