AZ

"Barselona"ın sabiq üzvü Qazaxıstanda çıxış edə bilər

İspaniya millisinin və “Barselona”nın sabiq forvardı Pako Alkaser karyerasını Qırğızıstanda davam etdirə bilər.

Sportal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Kaysar” təcrübəli hücumçunu heyətinə qatmağı planlaşdırır.

Qazaxıstan yüksək liqasında çıxış edən klub ispanla 1 illik müqavilə imzalamaq istəyir. Alkaser yaxın günlərdə qazaxlara yekun qərarını açıqlayacaq.

“Kaysar” ötən ay “Liverpul”, “Çelsi”, “İnter”, “Spartak”(Moskva) klublarında oynamış Viktor Mozesi heyətinə qatmışdı. Alkaser “Valensiya”, “Xetafe”, “Barselona”, “Borussiya”(Dortmund), “Vilyarreal”, “Şarjah”, “Emireyts” klublarında oynadıqdan sonra klubsuz qalmışdı.

Əlavə edək ki, Qazaxıstanda yeni mövsümə qarşıdakı ay start veriləcək.

 

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr