ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ milyarderi İlon Mask hesab edir ki, bəşəriyyət müxtəlif ulduz sistemlərini araşdırarkən Yerdən kənar həyatla qarşılaşa bilər.
Redaktor.az xəbər verir ki, Mask bu fikirləri X sosial şəbəkəsində paylaşdığı çıxışında səsləndirib.
O bildirib ki, Ayda kütləvi səyahətin təşkili və özünü təmin edən şəhərin qurulması, daha sonra Marsa və Günəş sisteminin digər hissələrinə səyahət bəşəriyyət üçün böyük mərhələ olacaq.
“Ayda kütləvi səyahət və Ayda özünü təmin edən bir şəhər qurmaqdan, sonra Aydan kənara Marsa getməkdən, Günəş sistemimizi gəzməkdən və nəticədə ulduzlar arasında olmaqdan və bütün bu ulduz sistemlərini ziyarət etməkdən daha möhtəşəm bir şey təsəvvür edə bilmirəm”, – deyə Mask qeyd edib.
Onun sözlərinə görə, belə səyahətlər zamanı insanlıq yadplanetli həyat formaları ilə qarşılaşa bilər:
“Bəlkə də yadplanetlilərlə görüşəcəyik. Bəlkə də milyonlarla il davam edən bəzi sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”.
Mask vurğulayıb ki, bu planların həyata keçirilməsi üçün Ayda sənaye infrastrukturu qurulmalı, fabriklər tikilməli və kütləvi hərəkətverici sistemlərdən istifadə etməklə süni intellektlə idarə olunan kosmik tədqiqat peykləri buraxılmalıdır.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.