Bu gün I Liqada 14-cü tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
"Şahdağ Qusar" Şamaxıda "Cəbrayıl"la üz-üzə gələcək, Çempionluğa iddialı "Bakı Sportinq" MOİK-lə qarşılaşacaq.
"Səbail" isə Bayılda lider "Şəfa" ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu, 14:30
“Baku Sportinq” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu, 14:30
“Səbail” – “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bayıl Arena”, 17:00