AZ

Borclu olan şəxs vəfat etdikdə, onun borcunu varisləri ödəməlidirmi?



Zaman-zaman cəmiyyətdə borc məsələsi ciddi mübahisə predmetinə çevrilərək məhkəməyə qədər gedib çıxır. Lakin çıxarılan məhkəməq qərarı da bəzən mübahisənin tamamlanması ilə nəticələnmir. Borc alanın borclu olduğu şəxsə məhkəmə qərarı ilə aylıq ödənişi birincinin vəfatından sonra dayandırılır. Qarşı tərəf isə borcun vəfat edən şəxsin varisləri tərəfindən ödənməli olduğunu iddia edir. Bəs görəsən bu məsələ hüquqi baxımdan necə tənzimlənir?

Məsələ ilə bağlı Newscenter.az-a açıqlama verən hüquqşünas Əli İbrahimov deyib ki, məhkəmə qətnaməsi ilə bir şəxsin aylıq 300 manat ödəmək öhdəliyi müəyyən edilibsə və həmin ödəməli olan şəxs vəfat edibsə, bu öhdəlik avtomatik olaraq aradan qalxmır:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əmlak xarakterli borclar şəxsin ölümü ilə xitam verilmir, miras kütləsinə daxil olur. Yəni mərhumun borcu onun əmlakı ilə birlikdə varislərə keçir. Bu halda varislər borca görə cavabdeh sayılırlar. Lakin qanun burada mühüm məhdudiyyət qoyur ki, varislər borcu şəxsi vəsaitləri hesabına deyil, qəbul etdikləri mirasın dəyəri həddində ödəməlidirlər. Əgər mirasın dəyəri borcdan azdırsa, varis yalnız həmin dəyər qədər məsuliyyət daşıyır. Miras qəbul edilməyibsə, ümumiyyətlə məsuliyyət yaranmır".

Hüquqşünas deyir ki, bu səbəbdən, aylıq 300 manatlıq öhdəlik mərhumun ölümü ilə dayanmaz, həmin borc miras öhdəliyi kimi varislərə keçir və onlar miras həddində bu ödənişi davam etdirməlidirlər.

Süleyman
Seçilən
33
1
newscenter.az

2Mənbələr