Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İrandan sonra növbəti hədəf Ankara olacaq, çünki Türkiyə bölgədəki ən böyük maneədir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ və İran arasında potensial müharibə ilə bağlı gərginliyin artması fonunda təqaüddə olan amerikalı polkovnik, Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor deyib."İranı uğurla məhv etdikdən sonra diqqət Türkiyəni məhv etməyə yönələcək. Qaçılmaz olaraq, Türkiyə İsraillə qarşılaşacaq və bu, çox güman ki, Suriyada baş verəcək", - o qeyd edib.
Türkiyənin İrandan güclü olduğunu bildirən Makqreqordeyib: "Türkiyə bir çox cəhətdən İrandan daha yaxşıdır. Onun əsl donanması var. NATO-da ən yaxşı ordusuna sahibdir. Növbəti addım Türkiyəni məhv etməkdir. Ona görə də gəlin özümüzü aldatmayaq, məsələ budur. Məsələ İsrailin istədiyi şeydir".Qeyd edək ki, Makqreqor Türkiyə əleyhinə çıxışıları ilə tanınan şəxsdir. Makqreqor 2023-cü ildə verdiyi açıqlamada İsrail üçün əsl əsas təhdidin Türkiyə olduğunu bildirib.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.