AZ

Bu layihə dünyanın yeni inkişaf mərhələsinə və yeni münasibətlər sisteminə strateji hazırlığımız sayıla bilər

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Prezident İlham Əliyev “Yeni rəqəmsal arxitektura” mövzusunda müşavirə keçirib və ölkədə informasiya texnologiyalarının inkişafına diqqət çəkib. Toplantıda rəqəmsal transformasiyanın sürətləndirilməsi, elektron idarəetmənin təkmilləşdirilməsi və yeni texnoloji infrastrukturun qurulması əsas müzakirə mövzusu olub. Müşavirədə həmçinin rəqəmsal inkişafın iqtisadiyyat və dövlət idarəçiliyi üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Yeni rəqəmsal arxitektura” layihəsi Azərbaycanın önümüzdəki yüzillikdə inkişafının yeni inkişaf paradiqmaları ilə təmin olunmasına hesablanmış bir layihədir.

Hikmət Babaoğlu

“Azərbaycan Prezidenti bu müşavirədə üç mühüm məsələni önə çəkdi: onlardan biri rəqəmsal texnologiyalar, digəri data bazaların idarə olunması, əldə olunması hazırlanması, üçüncüsü isə süni intellekt vasitələrini, sənayemizin inkişafımızın bütün sahələrə tətbiq olunması məsələsi idi. Bu üç yeni istiqamət əslində dünya xalqlarının gələcək inkişafının əsasında duran istiqamətlərdir. Görünür, bu paradiqmalar həm də dördüncü sənaye inqilabının domental əsaslarını təşkil edən mühüm istiqamətlərdir.

Bəşər sivilizasiyası özünün inkişaf tarixində süni intellektin, mədəni, iqtisadi, siyasi, elmi həyatımızın bütün sahələrinə tətbiqinə yeni bir tarixi mərhələyə qədəm qoyur və bu isə özlüyündə yeni texnologiyalarla birləşərək inkişafın tamamilə qlobal kontekstdə yeni bir modelini yaradır. Azərbaycan məhz bu gələcəyə hazırlaşır. Ona görə də biz diqqət etsək, görəcəyik ki, hətta Amerika Birləşmiş Ştatları ilə imzalanan strateji tərəfdaşlıq haqqında xartiyada süni intellekt sahəsində əməkdaşlıq önə çəkildi”-deyən deputat qeyd edib ki, eyni zamanda bir neçə gün bundan öncə İsraillə də belə bir müqavilə imzalanıb.

Hikmət Babaoğlu müşavirə haqqında danışarkən ölkə prezidentindən sitat gətirib: “Azərbaycan Prezidenti müşavirədə qeyd etdi ki, süni intellekt texnologiyalarında Amerika Birləşmiş Ştatları dünyanın lider ölkəsidir. Belə olan halda, bu əməkdaşlıq özlüyündə yeni əməkdaşlıq zərurəti yaradır. Ona görə də, mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədə koordinasiya edilməsi və inkişafı üçün xüsusi müavinlərin, xüsusi müavin postlarının yaradılması məsələsi də Azərbaycan Prezidenti tərəfindən irəli sürüldü. Bütün bunlar bizim dünyanın yeni inkişaf mərhələsinə və yeni münasibətlər sisteminə strateji hazırlığımız hesab edilə bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
223
bizimyol.info

1Mənbələr