AZ

Hərbi təhsilə marağın təşviqi məqsədilə görüş keçirilb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli ümumi təyinatlı internat tipli və 2 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəblərində “Zəfərin varisləri” layihəsi çərçivəsində görüşlər keçirilib. 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşkilatçılığı ilə həyata keçirilən “Zəfərin varisləri” layihəsi çərçivəsində reallaşdırılan görüşdə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin, C.Naxçıvanski adına Hərbi Liseyin, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri və  internat məktəblərinin şagirdləri iştirak ediblər.

Görüşlər zamanı şagirdlərə hərbi təhsil müəssisələri, həmin müəssisələrə qəbul qaydaları və təhsil prosesi barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, hərbi təhsil müəssisələrində təhsil alan kursantlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur və məzunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək imkanı əldə edirlər.

Görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərin hərbi təhsil müəssisələri barədə məlumatlandırılması, hərbi peşəyə marağın artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənclərin gələcək peşə seçiminə istiqamətləndirilməsindən ibarətdir.

Seçilən
31
1
azedu.az

2Mənbələr