AZ

İsveçrədə tarixi referendum: Əhali sayına limit qoyulur?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsveçrədə seçicilər iyunda keçiriləcək referendumda "ölkə əhalisini 10 milyon ilə məhdudlaşdırma"nı nəzərdə tutan təklifə səs verəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, xalq 14 iyunda sağçı İsveçrə Xalq Partiyasının (SVP-nin) dəstəklədiyi "On milyonluq İsveçrəyə yox" təşəbbüsü və dövlət xidməti islahatına dair 2 milli məsələ haqqında qərar vermək üçün sandıq başına gedəcək.

"On milyonluq İsveçrəyə yox" təşəbbüsü ölkənin daimi sakin olan əhalisini 2050-ci ilə qədər on milyonla məhdudlaşdırmağı hədəfləyir.

Bu təklifə görə, əhalinin sayı 9,5 milyonu keçəcəyi təqdirdə hökumət və parlament hərəkətə keçərək hüquqi addımlar atmalı olacaq. Həm hökumət, həm də parlament əhali artımını məhdudlaşdırmağı məqsəd qoyan bu təşəbbüsə qarşı çıxsalar da, buna qarşı hər hansı alternativ təklif irəli sürməyiblər.

SVP, "davamlılıq təşəbbüsü" olaraq adlandırılan bu təkliflə İsveçrənin daimi sakin əhalisinin 2050-ci ildən etibarən 10 milyonu aşmamasını və ya yalnız doğumların ölümlərdən çox olması səbəbilə bu saya çatmasını təmin etməyi hədəfləyir.

Əhalinin 2050-ci ildən əvvəl 9,5 milyonu keçməsi halında Federal Şura və Parlament xüsusilə "sığınacaq və ailə birləşməsi sahəsində" bu limitə əməl olunmasını təmin etmək üçün tədbirlər görmək məcburiyyətində qalacaq.

Təşəbbüs mətninə görə, İsveçrə istisna və ya qorunma maddələri ilə əlaqədar olaraq "əhali artımını təşviq edən beynəlxalq müqavilələri" yenidən müzakirə etməli olacaq.

Digər tərəfdən, bütün bu tədbirlərin 10 milyonluq limitə əməl etmək üçün yetərsiz qalması vəziyyətində, son çarə olaraq Aİ ilə bağlanan "şəxslərin sərbəst hərəkəti müqaviləsi"nin ləğv edilməsi gündəmə gələcək.

SVP-nin dəstəklədiyi referendum kampaniyasını aparanlar əhalinin həddindən artıq artımının infrastrukturu çətinliyə saldığını, kirayə qiymətlərini artırdığını və milli kimliyi dəyişdirdiyini müdafiə edirlər.

Federal Şura və parlamentin əksəriyyətinə görə isə bu təşəbbüs problemləri həll etmək əvəzinə yeni problemlərə səbəb olur.

Təşəbbüsü dəstəkləyənlər bunun miqrasiyanı nəzarət altına almaq və məhdudlaşdırmaq üçün məntiqli bir yol olduğunu irəli sürürlər. Hazırda İsveçrənin əhalisinin təxminən 9,1 milyon civarında olduğu məlumdur.

Seçicilər mülki xidmətə giriş qaydalarını sərtləşdirmə planı ilə bağlı da səs verəcəklər. Parlament tərəfindən təsdiqlənən islahat ordudan mülki xidmətə keçən əsgərlərin sayını azaltmağı hədəfləyir. Hökumət bu sahədə illik qəbulu təxminən 6 min 600-dən 4 min civarına endirmək istəyir.

Birbaşa demokratiya ilə idarə olunan İsveçrədə təkliflər 100 min imza toplandığı halda vətəndaşlara təqdim olunur və referendumlarda təsdiqlənərsə, birbaşa qüvvəyə minir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
1
cebheinfo.az

2Mənbələr