Bakı. Trend:
İsveçrədə 14 iyun tarixində əhalinin sayının 10 milyon nəfərləməhdudlaşdırılması üzrə referendum keçiriləcək.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Dekabr ayında keçirilmiş ictimai sorğuya əsasən, ölkə əhalisinin48 faizi sağçı Xalq Partiyasının bu təşəbbüsünü dəstəkləməyəhazırdır.
İsveçrəli seçicilər iyun ayında eyni zamanda mülki xidmətsahəsində islahat məsələsinə də qərar verəcəklər.
“İsveçrədə on milyona yox” təşəbbüsü ölkənin daimi əhalisininsayının 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasınınəzərdə tutur.
Təklifə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçdiyi andanetibarən hökumət və parlament müvafiq tədbirlər görməlidir. Həmhökumət, həm də qanunvericilər bu təşəbbüsü rədd ediblər.
Hazırda İsveçrədə 9 milyondan bir qədər artıq insan yaşayır vəonların təxminən dörddə biri əcnəbilərdir.