AZ

“Lufthansa” aviaşirkəti tətil səbəbindən Sofiya uçuşlarını ləğv edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 fevral, AZƏRTAC

“Lufthansa” aviaşirkəti pilot və stüardessaların keçirdiyi etiraz aksiyası səbəbindən Sofiya istiqamətində planlaşdırılan 6 reysi ləğv edib.

AZƏRTAC Bolqarıstanın BTA agentliyinə istinadla xəbər verir ki, tətilə səbəb “Lufthansa” və “Lufthansa Cargo” əməkdaşları ilə rəhbərlik arasında əməkhaqqı və təqaüdlərlə bağlı yaranan mübahisədir. Həmkarlar ittifaqı işçilərin sosial təminatlarının yaxşılaşdırılmasını tələb edir.

Sərnişinlərə uçuşların vəziyyətini aviaşirkətin rəsmi saytlarında real vaxt rejimində izləmələri tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azertag.az

1Mənbələr