ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
KTMT-nin Baş Qərargah rəisi Andrey Serdyukov Qafqaz regionunda vəziyyətin narahatlıq doğurduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Serdyukov Mərkəzi Asiyada da təhlükəsizlik və sabitliyə mənfi təsir göstərən bir sıra beynəlxalq ekstremist və terrorçu qrupların fəaliyyətinin müşahidə olunduğunu deyib.
Onun sözlərinə görə, bu proses terror fəaliyyətinin qonşu ərazilərə yayılması riskini artırır.
“Ciddi çağırışlardan biri dağıdıcı radikal ideologiyanın və narkotrafikin yayılmasıdır”, – deyə o vurğulayıb.
Serdyukov əlavə edib ki, Cənubi Qafqazda köhnə və hələ də həll olunmamış münaqişələrin yeni geosiyasi çağırışlarla üst-üstə düşməsi xüsusi narahatlıq yaradır.
Onun fikrincə, bu vəziyyətin formalaşmasında Qərb ölkələrinin regionda təsir imkanlarını artırmaq cəhdləri mühüm rol oynayır.
Baş Qərargah rəisi qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında ümumi vəziyyət gərgin və proqnozlaşdırılması çətin olaraq qalır.
“Beynəlxalq münasibətlərin davamlı şəkildə pisləşməsi fonunda münaqişə potensialı yalnız artacaq”, – deyə Serdyukov yekunlaşdırıb.
KONKRET.az
Müşviq Tofiqoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.