AZ

Fidandan ABŞ və İranla bağlı KRİTİK AÇIQLAMA: Danışıq pozula, müharibə başlaya bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ və İran nüvə sazişi üzrə kompromisə getməyə hazırdır.

KONKRET.az xəbər verir ki, Financial Times qəzetinə müsahibəsində nazir qeyd edib ki, Vaşinqton İranın uranı tam zənginləşdirmədən imtina etməsi tələbindən geri çəkilə və prosesin müəyyən çərçivələrdə davamına razılıq verə bilər.

Onun sözlərinə görə, Tehran da razılaşmaya açıqdır və zənginləşmə səviyyəsi üzrə məhdudiyyətləri, həmçinin 2015-ci il sazişinə bənzər ciddi yoxlama mexanizmini qəbul etməyə hazırdır.

Fidan vurğulayıb: “İranlılar amerikalılarla razılaşmağın vacibliyini anlayır, amerikalılar isə İranın öz limitlərinin olduğunu qəbul edir.”

Nazir xəbərdarlıq edib ki, danışıqların raket proqramı və regiondakı silahlı qruplara dəstək kimi mövzulara genişləndirilməsi prosesi poza bilər.

Onun fikrincə, bütün məsələləri eyni vaxtda həll etməyə çalışmaq nüvə proqramı üzrə irəliləyişə mane olar və yeni müharibə riskini artırar.

Fidan əlavə edib ki, Tehran ötən il Israel ilə yaşanan gərginlik və daxili etirazlar fonunda sanksiyaların aradan qaldırılmasının vacibliyini anlayır.

Bununla belə, o, ABŞ-ın mümkün zərbələrinin rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır və İran siyasi sisteminin ciddi təzyiqlərə baxmayaraq dayanıqlığını qoruyacağını bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
54
1
konkret.az

2Mənbələr