AZ

Makron Aİ sammiti ərəfəsində siyasi təcridlə üzləşib Bild

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının qeyri-rəsmi sammiti ərəfəsində siyasi təcridlə üzləşib.

Bizimyol.info xəbər verir ki, bu qiymətləndirmə ilə Almaniyanın "Bild" qəzeti çıxış edib.

Aİ liderləri cümə axşamı Belçikanın Limburg əyalətində yerləşən Alden Bizen qəsrində qeyri-rəsmi görüş keçirəcəklər. Siyasətçilər Avropa İttifaqı iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məsələsini müzakirə edəcəklər. Qəzet yazır ki, Almaniya və İtaliya liderləri Fridrix Merts və Corcia Meloni bürokratik tənzimləyici normaların kəskin şəkildə azaldılması tələbi ilə vahid mövqedən çıxış etməyə hazırlaşırlar.

Bir çox üzv ölkə bu təşəbbüsü dəstəkləyir. Lakin Makron Aİ iqtisadiyyatının stimullaşdırılması üçün alternativ variantlar, o cümlədən birgə borclanma mexanizmlərinin tətbiqini irəli sürür ki, bu da Berlin üçün qəbuledilməzdir. Nəşrin yazdığına görə, Makron “özünü təcrid vəziyyətinə salıb”. Buna səbəb kimi Parisin Aİ ilə Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) azad ticarət sazişinə qarşı səs verməsi, həmçinin ötən ilin dekabrında dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərarı bloklaması göstərilir.

Nəticədə, Bildin qeyd etdiyi kimi, “Avropanın alman-fransız mühərriki alman-italyan tandeminə çevrilib”. İtaliya mediası artıq Merts və Meloni ittifaqını “ox”, Almaniya mətbuatı isə “flirt” kimi xarakterizə edir. Qəzet yazır ki, İtaliya Aİ-də təkcə iqtisadi sahədə deyil, həm də müdafiə, təhlükəsizlik və miqrasiya siyasəti istiqamətlərində Fransanın rolunu tədricən öz üzərinə götürür.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr