AZ

Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə bir nəfər “Tərəqqi”, 9 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, iki nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri”, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanova, Vergi auditi baş idarəsinin rəisi Abbas İsmayılova və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Vəliyevə “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbələri verilib.

Seçilən
64
5
yeniazerbaycan.com

6Mənbələr