AZ

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı müşavirədə hansı qərarlar qəbul edildi?

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Müşavriədə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı eyni zamanda süni intelektdən istifadə imkanları müzakirə olunub və dövlət başcısı bu istiqamətdə tapşırıqlar verib.

Mövzu ilə əlaqədər News365.az-a Milli Məclisin deputatı Vüqar Bayramov müsahibə verib. Müşavirənin əhəmiyyətindən danışan millət vəkili qeyd edib:

“Rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanda prioritet məslələrdən biridir. Iqtisadi inkişafın sürətlənməsi üçün iqtiadiyyatın innovativləşməsinə ehtiyac var. Bu gün rəqəmsal sektorun qeyri neft ümumdaxili məhsuldakı payı 3 faiz təşkil edir. Bu da o deməkir ki Azərbaycan iqtisadiyatında rəqəmsal sektorun təxminən 3 milyard manatlıq payı var”.

Bu sahənin xüsusən də süni intellekt sayəsində qlobal iqtisadiyyat da da payının artıdığını bildirən Vüqar Bayramov müşavirədə süni intelektin də müzakirə mğvzusu olduğunu bildirib:

“Cənab Prezidentin göstərşlərindən biri də məhz dövlət qurumlarında süni intellekt üzrə müavinlərin fəaliyyət göstərməsi və  onun suni intellektin inkişafına məsul olması  ilə bağlıdır. Bu qərar bir mənalı şəkildə suni intelektdən istifadənın, qərarların verilməsin çevikliyin artırılması sayəsində işlərin sistemləşdirilməsinə imkan verəcək. Bu sahədə aparılan islahatlar və tədbirlərin genişləndirilməsi növbəti illərdə rəqəmsal sektorun iqtisadiyatımızda payının artmasına, iqtisadi inkişafın dayanıqlığının gücləndirilməsinə eyni zmanda iqtisadiyyatın daha da inovativləşdirilməsinə imkan yaradacaq”.

Seçilən
36
news365.az

1Mənbələr