AZ

Bild: “Merts Merkelin qayıdışından qorxur”

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Merkelin prezidnetliyə namizədliyi barədə söz-söhbətlər onun əvvəllər rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) daxilində fəal şəkildə müzakirə olunur. Bu xəbər haızrkı kansler Fridrix Mertsin dairəsində təşviş yaradıb. Eyni zmanada, Merkelin namizədliyinin keçmiş kanslerin hələ də kifayət qədər populyarlıq qazandığı “Yaşıllar” tərəfindən dəstəklənə biləcəyi istisna edilmir. “Hadisələrin belə məcrada inkişafı Mertsi çox çətin vəziyyətə sala bilər. Merkel Mersti 2002-ci ildə Bundestaqdakı Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (XDİ/XSİ) parlament qrupunun rəhbəri vəzifəsindən faktiki məhrum və müvəqqəti siyasətdən getməyə məcbur etdikdən sonra onların arasındakı münasibətlər gərgin olaraq qalır”, - nəşr vurğulayır. Merts hazırda ona tam sadiq olan XDİ-nin namizədini irəli sürməyə çalışır. Nəzərdən keçirilən namizədlər arasında təhsil naziri Karin Prin və Bundestaqın sədri Yuliya Klyokner də var. Almaniya prezidentin Federal Məclis seçir ki, burada da ən böyük fraksiya kimi XDİ/XSİ bloku öz namizədini irəli sürmək üçün ən böyük şansa malikdir. Lakin digər partiyaların mövqelərindən də çox şey asılı olacaq. Merkellə bağlı şayiələr fonunda, prezident seçkilərinin 2027-ci ilin fevralına qədər keçirilməyəcəyinə baxmayaraq, XDİ-nin yaxın həftələrdə öz namizədini irəli sürməyi planlaşdırması Mertsin ətrafının narahatlığının ciddilyini təsdiqləyir. Üstəlik, Merkelin ictimaiyyət qarşısına daha tez-tez görünmək planları narahatlıqları artırır: kansler postundan getdikdən sonra Angela Merkel ilk dəfə XDİ-nin fevralın 20-21-də keçiriləcək qurultayında iştirak edəcək. Bununla belə, Merkelin ofisi onun prezidentliyə namizəd olmaq planları ilə bağlı şayiələri təkzib edərək, belə iddiaları absurd adlandırıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
2
azvision.az

3Mənbələr