AZ

Levandovski qərarını verdi

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Robert Levandovski gələcəyi ilə bağlı qərar qəbul edib.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

37 yaşlı hücumçu karyerasını Kataloniya təmsilçisində davam etdirməyə üstünlük verir. O, "Barselona"nın mart ayında keçiriləcək prezident seçkilərindən sonra gələcəyi ilə bağlı qərarını kluba bildirəcək.

Levandovski "Barselona"da qalmaq üçün maaşının azaldılmasına hazırdır. Qeyd olunur ki, bu mərhələdə futbolçuya puldan daha çox sabitlik lazımdır.

Polşalı forvard cari mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
50
1
teleqraf.com

2Mənbələr