AZ

Pərviz Sədrətdinov təltif olundu

Prezident İlham Əliyevin fevralın 12-də imzaladığı sərəncamla təltif olunan şəxslər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrətdinov da var.

“Yeni Sabah” xəbər verir ki, o, “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, P.Sədrətdinov 1982-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

1999-2011-ci illərdə müxtəlif qəzet, jurnal və informasiya agentliklərində fəaliyyət göstərib. O, bu müddət ərzində müxbir, redaktor və baş redaktor vəzifələrində çalışıb.

2004-2010-cu illərdə paralel olaraq avtomobil sahəsində PR meneceri kimi fəaliyyət göstərən P.Sədrətdinov, həm də avtomobil jurnalının baş redaktoru olub.

O, 2011-ci ildən bank sektorunda çalışmağa başlayıb. 2011-2014-cü illərdə “DəmirBank”, 2014-2016-cı illərdə “Expressbank”, 2016-2023-cü illərdə isə “Kapital Bank”da müxtəlif postlarda işləyib.

2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisidir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
149
2
yenisabah.az

3Mənbələr