AZ

Lavrov ruslara Şimali Koreyada istirahət etməyi tövsiyə etdi

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vətəndaşlarına tətil üçün Şimali Koreyadakı yeni turizm mərkəzlərini seçmələri barədə çağırış edib.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Dumasında etdiyi çıxışda ötən il ziyarət etdiyi Vonsan istirahət zonasını xüsusilə tövsiyə edən Lavrov, rusiyalı turistlərə üstünlük veriləcəyini söyləyib.

"Möhtəşəm bir dəniz, möhtəşəm şərait var", – deyən Lavrov Pxenyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyalarına baxmayaraq, hər il daha da inkişaf etdiyini müdafiə edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə tabe olan sərhəd xidmətinin məlumatlarına görə, 2025-ci ildə Şimali Koreyanı ziyarət edən rusların sayı 10 minə çataraq rekord qırıb.

2024-cü ildə bu rəqəm 6 min 469, 2023-cü ildə isə 1238 səviyyəsində idi. 2025-ci ildəki ziyarətlərin 5075-ni turistik səfərlər təşkil edib. Bu rəqəm 2024-cü ildə qeydə alınan 1957 turistik ziyarətdən iki dəfədən çox yüksəkdir. 

İşgüzar səfərlər 1156 nəfərlə ikinci sırada yer alarkən, 666 nəfər şəxsi məqsədlərlə ziyarət reallaşdırıb. Rusların 6 min 371-i ölkəyə təyyarə ilə gedərkən, qatarla isə 3 min 453 səfər edilib.

Şərq sahilində yerləşən və 2,8 kvadratkilometr ərazini əhatə edən Vonsan turizm bölgəsi 1 iyul 2025-ci ildə açılıb. 

Eyni anda 20 min nəfəri qəbul etmək gücünə malik olan obyektə otellər, VIP villalar, akvapark, ticarət mərkəzləri, restoranlar və dörd kilometrlik çimərlik daxildir.

Layihə birbaşa Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında inşa edilib. Moskva ilə Pxenyan arasında beş illik fasilədən sonra 2025-ci ilin iyununda yenidən başladılan birbaşa təyyarə və qatar reysləri iki ölkə arasındakı siyasi və iqtisadi yaxınlaşma ilə eyni vaxtda baş tutub.

Lavrov Rusiya rəsmilərinin Şimali Koreyaya yönəlmiş turist axınını artırmaq üçün dəstək verəcəyini bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr