AZ

Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram

Azərbaycanlı müğənni Çinarə Məlikzadə qarşı cinsdə bəyəndiyi xüsusiyyətlərdən danışıb.

Publika.az xəbər verir ki, onun açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Çinarə bildirib ki, onun üçün ən vacib məqam kişinin səmimi və zəkalı olmasıdır: "Əsas səmimi, özü olsun. Çox şeyə ehtiyac yoxdur. Bir də zəkalı kişiləri sevirəm".

Bununla yanaşı, müğənni xarici görünüşlə bağlı fərqli zövqünü də gizlətməyib. O, ayaqları bir qədər əyri - futbolçular kimi olan kişiləri bəyəndiyini deyib. Həmçinin, gözlərinin bir az çəp olmasını xoşladığını vurğulayıb.

Seçilən
18
6
publika.az

7Mənbələr