AZ

Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 fevral, AZƏRTAC

Belçika polisi cümə axşamı günü Brüsseldə Avropa Komissiyasının binalarında bir sıra axtarışlar aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb. Qəzetin verdiyi xəbərə görə, əməliyyat 2024-cü ildə Avropa İttifaqının (Aİ) daşınmaz əmlakının satışları zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqın bir hissəsi kimi həyata keçirilib.

İstintaq Belçikanın suveren rifah fondu - SFPIM tərəfindən 900 milyon avroya alınmış 23 bina ilə bağlıdır. O zaman Avropa Komissiyası satışın Aİ-nin maliyyə qaydalarına uyğun olaraq həyata keçirildiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
azertag.az

2Mənbələr