AZ

Messiyə görə matç TƏXİRƏ SALINDI

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi zədələnərək sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, argentinalı hücumçu sol ayaq əzələsində yaranan problem səbəbindən komandanın çərşənbə günü keçirilən məşqində iştirak etməyib.

Məlumata görə, o, ötən həftə Ekvadorun "Barselona" klubu ilə keçirilən yoldaşlıq görüşündə zədələnib. Həmin matçda qol vuran futbolçu ikinci hissədə əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinələr onda əzələ gərilməsi olduğunu təsdiqləyib.
 

Messinin zədəsi komandanın planlarını da alt-üst edib. Belə ki, "İnter Mayami"nin cümə günü Puerto-Rikoda Ekvadorun digər təmsilçisi "İndependyente del Valye" ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv edilərək fevralın 26-na təxirə salınıb.


Klub rəsmiləri bildirib ki, ulduz futbolçunun məşqlərə nə vaxt qayıdacağı müalicənin gedişatından asılı olacaq.

Xatırladaq ki, son MLS çempionu olan Mayami təmsilçisi yeni mövsümə fevralın 21-də start verəcək.

Bizim.Media

Seçilən
13
5
bizim.media

6Mənbələr