“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi Anatoli Nuriyevlə anlaşıb. Rəsmi açıqlama qısa vaxtda ediləcək.
Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.