AZ

Yazar Etibar Həsənzadə Türkmən dərnəyi tərəfindən təltif olundu - FOTOLAR

Karacakurt Köyleri Türkmen Dərnəyinin Genel Başkanı Serdar Güneş tərəfindən yazar Etibar Həsənzadəyə dəyərli və mənəvi əhəmiyyət daşıyan hədiyyələr göndərilib.

QHT.az xəbər verir ki, bu barədə yazar Etibar Həsənzadə məlumat verib. O bildirib ki, “Qarabağ Azərbaycandır” layihəsinin bütün iştirakçılarının Onur Belgesi ilə təltif olunması və ona ünvanlanan hədiyyələr xüsusi diqqət və dəyərin göstəricisidir.

"Göndərilən hədiyyələr sırasında Türk Bayrağı, miniatür bağlama, dərnəyin loqosu ilə hazırlanmış Türkmen yaylığı, müxtəlif rəngli keyfiye və Türk Bayrağı tokası yer alıb. Qeyd edək ki, Türkmen yaylığı türk dünyasında çoxməqsədli istifadə olunan ənənəvi atributdur. Tarixən həm məişətdə, həm də mərasimlərdə istifadə edilən bu yaylıq günümüzdə də Türkmen toy və proqramlarında yer almaqdadır. Rəngli keyfiyenin üzərindəki çalarlar isə türklüyü, dini dəyərləri, bolluq və bərəkəti, saflıq və xoşgörünü təmsil edir. Karacakurt isə Oğuzların Bozok qoluna bağlı Beydilli boyundan olan bir Türkmen oymağının adıdır və əsasən Anadolunun Kırşehir və Nevşehir bölgələrində məskunlaşıb".

Etibar Həsənzadə göstərilən diqqətə görə təşəkkürünü bildirərək, türk dünyası arasında mənəvi bağların güclənməsinin önəmini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
401
qht.az

1Mənbələr