AZ

Türkiyə və Serbiya arasında hərbi əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB

İstanbulda yanvarın 23-ü Balkan Sülh Platformasının ikinci toplantısı keçirilib, çünki Balkanda təhlükəsizlik Türkiyə üçün önəmlidir.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatlar zamanı deyib.

Türkiyə Prezidenti təhlükəsizlik istiqamətində Serbiya ilə əməkdaşlığın artırıldığını bildirib.

Aleksandar Vuçiç də Ərdoğanın Balkan Sülh Platforması təşəbbüsünü dəstəklədiyini qeyd edib. "Hərbi əməkdaşlıq barədə danışdıq və irəliləyiş əldə olunsa, bu, regionun təhlükəsizliyinə töhfə verəcək" , - Vuçiç vurğulayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiçin Türkiyəyə səfəri başlayıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, Vuçiçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Geniş tərkibdə görüşün ardınca ikitərəfli sazişlərin imzalanma mərasimi olacaq. Sonda Ərdoğan və Vuçiç mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

 

Seçilən
3
2
moderator.az

3Mənbələr