AZ

Adam Kadırov qəzada DALAĞINI İTİRDİ: Bir gözünün kor olma RİSKİ VAR – FOTO

Kadırovun kiçik oğlunun avtomobil qəzasından sonra dalağı çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Novaya qazeta” nəşri məlumat yayıb.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov keçirdiyi ağır yol-nəqliyyat hadisəsindən sonra üç həftə ərzində Moskvadakı Botkin xəstəxanasında müalicə olunub.

Bildirilir ki, qəza nəticəsində gənc Kadırovun dalağı cərrahi yolla çıxarılıb.

Həkimlər həmçinin onda çənə sümüyünün çatlaması, kəllə-beyin travması və görmə sinirinin zədələnməsini aşkar ediblər.

Nəşrin iddiasına görə, Adam Kadırovun bir gözünün tamamilə görmə qabiliyyətini itirmə ehtimalı var.

Hadisə zamanı onun mühafizəçiləri də ciddi xəsarətlər alıblar. Onlardan üçü kiçik Kadırovla birlikdə Moskvaya təxliyə edilib.

Yaralı mühafizəçilərdən birinin iflic qalma riski olduğu vurğulanır.

Xatırladaq ki, yanvar ayında Qroznıda Adam Kadırovun iştirakı ilə yol qəzasının baş verməsi barədə Rusiya müxalifət mediası məlumat yaymışdı.

Atası Ramzan Kadırov isə təxminən bir ay susduqdan sonra bu xəbərləri “uydurma” adlandıraraq təkzib etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr