AZ

"Bayern"dən Premyer Liqa bombası: Con Stounz Münhenə köçür

"Mançester Siti"nin təcrübəli müdafiəçisi Con Stounz yayda İngiltərəni tərk etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, müqaviləsi başa çatan 31 yaşlı futbolçu "Bavariya"nın transfer siyahısındadır. Münhen klubunun baş məşqçisi Vinsent Kompani köhnə komanda yoldaşını heyətdə görməkdə israrlıdır.

Həmçinin Harri Keynin millidəki yoldaşı ilə eyni klubda oynamaq istəyi bu keçidi sürətləndirən əsas amillərdən biri hesab olunur.

Azad agent statusu daşıyan müdafiəçi ilə "Milan" və "Atletiko"nun da yaxından maraqlandığı bildirilir. "CaughtOffside"ın məlumatına görə, Stounz karyerasında yeni səhifə açmağa müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqların davam etdiyi iddia olunur.

Kamil Xudiyev

Seçilən
10
1
fanat.az

2Mənbələr