AZ

Gömrükdə ilişən bağlamalar üçün SADƏ HƏLL YOLU

Son dövrlərdə elektron poçt sifarişlərinin artması ilə bağlı bəzi bağlamaların gömrükdə düzgün bəyan edilməməsi halları müşahidə olunur.

NOCOMMENT.az bildirir ki, bu isə xüsusən də “Temu”dan sifariş edilən panetlərin günlərlə saxlanmasına səbəb olur.

Məlum olub ki, gömrükdə ilişən bağlamaları çatdırmaq üçün “Smart Customs” sistemindən düzgün istifadə etmək kifayətdir. Bunun üçün sistemə daxil olaraq bəyan edilmiş bağlamanı seçmək və “Öz bağlamanızın daşınmasını göndərən şirkətə həvalə edin” seçimini işarələyib təsdiqləmək lazımdır.

1. “Smart Customs” sisteminə daxil olun.

2. Orada bəyan edilmiş bağlamanı seçin.

3. Həmin bölmədə “Öz bağlamanızın daşınmasını göndərən şirkətə həvalə edin” seçimini işarələyin və təsdiq edin

Bu əməliyyatdan sonra bağlamalar qısa müddət ərzində təhvil verilir.

Qeyd: poçt vasitəsilə sifariş edilən hər bir bağlama mütləq gömrük orqanlarına bəyan edilməlidir. “Smart Customs” sistemi vasitəsilə bəyanı düzgün və vaxtında həyata keçirmək bağlamanın gecikmədən təhvil alınmasını təmin edir.

Seçilən
35
nocomment.az

1Mənbələr